Abşeron rayonunda 1984-cü il təvəllüdlü Əhməd ailə mübahisəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 8-də rayonun Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində baş verib.
Füzuli rayon sakini Əhməd həmin gün gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Könülün ona həmin vaxtı həmin evə gec gəlməsinə görə irad bildirməsindən əsəbiləşib.
Aralarında ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib.
Həmin mübahisə əsnasında zərərçəkmiş şəxsin üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə, təpik, ayaq zərbələri ilə isə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub.
Hadisəni törədən Əhmədin barəsində
Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2021-ci ildə ailə həyatı qurub və birgə nikahdan bir övladları var:
“Könüldən əvvəl 2015-ci ildə Məlahət ilə ailə həyatı qurmuşam və həmin nigahdan 2016-cı il təvəllüdlü Nərmin adlı qızım anadan olub. Məlahət ilə 2019-cu ildə Beyləqan Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşandıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ikinci evliyi olan Könül ilə əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar aralarında onun evə gec gəlməyi üstündə sözlə mübahisələri olub:
“Noyabrın 8-də, gecə saat 1 radələrində yaşadığım evə gəldim. Həmin vaxt arvadım evə gec gəldiyim üçün mənə sözlə irad bildirdi. Onun bu iradından əsəbiləşdim. Əllərimlə onun sağ əlindən tutaraq özümə tərəf çəkmdim. Sonra əlim ilə onun qolundan və təpiklə ayaqlarından vurdum. Elə həmin vaxt Könül yerə yıxıldı. Bundan sonra otaqdan getdim. Bir neçə dəqiqədən sonra sakitləşərək evə qayıtdım”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması alıb.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az