Polşa Rusiya prezidenti Vladimir Putinin Budapeştə səfəri zamanı hava məkanına girməyə cəhd edəcəyi təqdirdə onun təyyarəsini saxlaya bilər.
Musavat.com xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski "Radio Rodzina"ya müsahibəsində deyib.
O, eyni zamanda etiraf edib ki, Putin Türkiyə, Monteneqro və Serbiyanın hava məkanından keçməklə alternativ marşrutla Budapeştə çata bilər. Sikorski, həmçinin Viktor Orban hökumətinin Putini Macarıstana dəvət etməsini tənqid edib:
“Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməli olan Avropa İttifaqı üzvü prezident Putini qəbul edirsə, bu, Macarıstanın Qərb və Rusiya arasında mövqe tutduğunu göstərir”.
Qeyd edək ki, oktyabrın 16-da ABŞ prezidenti Donald Tramp və Putin telefon danışığı zamanı Budapeştdə görüşə razılıq veriblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə iki ölkə liderlərinin Macarıstanda yeni görüş üçün hazırlıq gördüyünü açıqlayıb.
Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü il martın 17-də Putinə qarşı hərbi cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb. Avropa İttifaqı isə 2025-ci ilin fevralından Rusiya təyyarələrinə qadağa tətbiq edir. Polşa, Moskva-Budapeşt marşrutunda yerləşdiyi üçün Putinin potensial səfəri üçün kritik ölkə hesab olunur.
Qeyd edək ki, Aİ-nin digər ölkəsi Bolqarıstan isə Rusiya prezidentinin uçuşuna mane olmayacağını açıqlayıb.