“Bu barədə düşündükcə, yuxuya gedə bilmirəm”

DÜNYA 21 oktyabr 2025, 23:14
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, “naməlum uçan obyektlərin” (UFO) ABŞ-nin gizli nüvə obyektləri yaxınlığında görünməsi barədə məlumatlar onu ciddi narahat edir.

“Qafqazinfo” “Daily Star”a istinadən xəbər verir ki, o bu fikirləri “The Age of Disclosure” adlı sənədli filmdə səsləndirib.

Filmdə daha əvvəl açıqlanmamış üç yeni UFO hadisəsinin təqdim ediləcəyi bildirilir. Rubio həmin materialların bir hissəsində qeyd edib ki, müşahidə edilən obyektlərin ABŞ hökuməti və ordusu ilə heç bir əlaqəsi yoxdur. O, bu hadisələr barədə ölkə rəhbərliyinə hesabat verildiyini, lakin məlumat mənbələrinin ictimailəşdirilməməsi üçün xəbərdarlıq aldığını da deyib.

“Bu məsələ mənə rahatlıq vermir. Gecələr belə bu barədə düşündükcə, yuxuya gedə bilmirəm”, – deyə dövlət katibi söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 20:58
Top