"Bu vaxt məhsul yığımının ən pik mərhələsi yaşanır"

GÜNDƏM 21 avqust 2025, 19:18
“Payız mövsümü Azərbaycan iqtisadiyyatı üçün həm kənd təsərrüfatında, həm də turizm sektorunda aktivlik dövrü deməkdir”.

Bunu iqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, bu vaxt məhsul yığımının ən pik mərhələsi yaşanır:

“Nar, alma, üzüm, xurma kimi mövsümi məhsullar bazarlara çıxarılır, həm daxili, həm də ixrac bazarlarında satış artır. Turizm baxımından payız hava şəraitinin əlverişli olması, qiymətlərin yay aylarına nisbətən daha münasib olması ilə daxili və xarici turistlərin sayını artırır. Otellər, restoranlar, kənd qonaq evləri, nəqliyyat və əyləncə xidmətləri əlavə gəlir əldə edir. Mövsümi iş yerlərinin yaranması bölgələrdə məşğulluğu artırır, yerli əhalinin gəlir səviyyəsinə müsbət təsir göstərir. Bundan başqa, payız turizmi mövcud infrastrukturun ilboyu işlək qalmasına imkan verir, investisiyaların daha tez geri dönüşünü təmin edir. Xarici turistlərin xərcləmələri isə ölkəyə valyuta axınını gücləndirir. Ümumilikdə, payız mövsümü Azərbaycan iqtisadiyyatına kənd təsərrüfatı ilə turizmi birləşdirən, regional inkişafı dəstəkləyən və iqtisadi dövriyyəni artıran mühüm imkanlar vəd edir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top