"Novxanıda dənizin satılması ilə bağlı elanın paylaşılması Azərbaycan qanunvericiliyinə ziddir. Qanunlara görə nə dənizin içərisi, nə də sahili və sahilətrafı xüsusi qorunan zonalar satıla və ya özəlləşdirilə bilməz".
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.
O, bildirib ki, qanunvericilikdə göstərilir ki, dəniz sahilindən müəyyən məsafə, təxminən 150–170 metr aralığında qorunan zona mövcuddur:
"Bu zonada torpaq sahəsi satmaq, özəlləşdirmək və ya orada ev tikmək qəti şəkildə qadağandır. Yalnız həmin məsafədən kənarda torpaq almaq və ya satmaq mümkündür".
Onun sözlərinə görə, bu qadağa yalnız dəniz sahillərinə aid deyil:
"Eyni zamanda magistral yolların, dəmir yol xətlərinin, neft və su kəmərlərinin, strateji obyektlərin, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında da xüsusi qoruyucu zolaqlar mövcuddur. Bu zonalarda heç kim ev tikə, torpaq ala və sata, obyekt inşa edə bilməz. Məqsəd insanların həyatını, sağlamlığını və təhlükəsizliyini qorumaqdır".
Ekspert bildirib ki, qanunvericilik bu zonaları insanların təhlükəsizliyi üçün xüsusi olaraq qadağan edib:
"Buna görə də dənizin sahilini və ya qadağan olunmuş zonaları hasarlamaq, satmaq və ya özəlləşdirmək qanunsuzdur. Buna baxmayaraq, bəzi hallarda belə satış elanlarının ortaya çıxması qanunvericiliyə zidd hesab olunur".
Qeyd edək ki, sosial şəbəkədə əmlak satışı ilə məşğul olan şəxsin Novxanıda dənizin satılması ilə bağlı elanı müzakirələrə səbəb olub.
Əfsanə Kamal
Demokrat.az