TƏBİB Kürdəmirdəki ağır yol qəzası ilə bağlı açıqlama verib

GÜNDƏM 26 avqust 2025, 23:10
Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top