"Artıq çəki problemlərinin qarşısını əvvəlcədən almaq üçün, ilk növbədə valideynlərin məsuliyyətini artırmaq lazımdır. Çünki valideynlər çox vaxt düzgün qidalanmanın vacibliyini nəzərə almırlar və uşaqları da yanlış istiqamətləndirirlər".
Bunu Demokrat.az-a açıqlamasında dietoloq Məhəmməd Abdullayev deyib.
Ekspert bildirib ki, o, daha çox valideynlərin tənbəlliyini qınayır:
"Evdə yemək hazırlamaq əvəzinə, daha rahat olduğu üçün çöldən yemək sifariş etməyə üstünlük verirlər.Bununla yanaşı, uşaqlar vaxtında yatmır və durmurlar. Telefonların həyatlarına daxil olması onların bədənində mövcud olan sirkadiyal ritmi pozur. Gecə qidalanma vərdişləri yaranır. Valideynlərin yanlış istiqamətləndirməsi ilə uşaqlar səhv qidalanma alışqanlıqlarından qurtula bilmirlər. Halbuki 15–16 yaş dövrü inkişaf mərhələsinin ən həssas vaxtıdır. Bu yaşda qızlarda inkişaf prosesi demək olar ki, yekunlaşır, oğlanlarda isə davam edir. Ona görə də bu mərhələyə qədər uşaqların qidalanması balanslı və rasional olmalı idi ki, həm zehni inkişafları, həm sümük sağlamlıqları normal şəkildə davam etsin".
Dietoloqun sözlərinə görə, keyfiyyətli yuxu və düzgün qidalanma olmadıqda, böyümə hormonu – somatotropin kifayət qədər ifraz olunmur və nəticədə boy artımı da normal getmir:
"Bu isə immun sisteminin zəifləməsinə, tez-tez xəstələnməyə səbəb olur.
Valideynlər uşaqlarına pul verib məktəbə və ya hazırlığa göndərirlər. Onlar da həmin pulla zərərli, tərkibində trans yağlar və çox miqdarda karbohidrat olan qidalar alırlar. Bu isə qanda şəkərin sürətlə qalxmasına, insulin dirəncinin yaranmasına səbəb olur. Üstəlik, uşaqlar çox vaxt oturaq həyat tərzi sürürlər və fiziki aktivlikləri az olur. Nəticədə qeyri-təbii kökəlmə baş verir. Kökəlmə isə həm bədənin inkişafını zəiflədir, həm də immuniteti aşağı salır. Çünki zərərli toksinlər yağ hüceyrələrinin içində toplanır".
Dietoloq bildirib ki, uşaqlar normal ev yeməklərinə və ənənəvi qidalanmaya üstünlük vermədikcə, həyat ritmlərini normallaşdırmadıqca bu tip problemlərdən uzaq dura bilməyəcəklər.
Qeyd edək ki, son günlərdə 15-16 yaşlı yeniyetmələr arasında artıq çəki və piylənmə problemləri artıb.
Əfsanə Kamal
Demokrat.az