Bakıda 44 yaşlı kişi övladına ad günü keçirdi, arvadına şiddət göstərdi

KRİMİNAL 26 avqust 2025, 20:41
Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 17-də baş verib. Gədəbəy rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal həmin gün saat 10 radələrində arvadı Rəhilə ilə mübahisə edib. 

Aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruq zərbələri ilə arvadının baş və burun nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildə Rəhilə ilə ailə həyatı qurub, 3 övladı var: “Son zamanlar qısqanclıq səbəbindən yola getməməyə başlamışıq. Dəfələrlə Rəhilə küsərək anası evinə gedib. Aprelin 16-də  azyaşlı oğlumun ad günü məclisini evdə keçirdik. Bir gündən sonra saat 10 radələrində həyat yoldaşım çox işlədiyini, buna görə də yorulduğunu bildirdi, onu anası evinə aparmağımı istədi. Lakin, buna razı olmadığımdan aramızda mübahisə yarandı. Bu mübahisə zaman Rəhilə valideynlərimi təhqir etdi. Mən də əsəbləşərək yumruq zərbələri ilə arvadıma vurdum, onu təhqirlər etdim”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsala  aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Vüsal bundan əvvəldə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə mühakimə edilib. Sabunçu Rayon Məhkəməsinin 2023-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan

Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top