
“Qarabağ” yeni transferini rəsmən açıqlayıb.
Ağdam təmsilçisi hücumçu Kamilo Duranla anlaşdığını rəsmi sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.
O, yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 23 yaşlı kolumbiyalı vinger ölkəsinin U-20 yığmasının formasını geyinib.
Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilib.
Bir il sonra Portuqaliyaya - “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.(Qafqazinfo.az)