
Oğlu Fərid aparıcı Aytəkin Mərdanovanı sevindirib.
Aparıcı övladının ali məktəbə daxil olduğunu bildirib. O qeyd edib ki, övladı Macarıstanın ən nüfuzlu universitetində təhsil alacaq:
"Ailəm üçün çox önəmli və xoş bir xəbəri sizinlə paylaşmaq istəyirəm. Çox şükürlər olsun ki, həyəcanla gözlədiyimiz cavabı aldıq. Oğlum Fərid arzuladığı ali təhsil müəssisəsinə - Avropanın sayılıb-seçilən təhsil ocaqlarından birinə, Budapeşt Korvinus Universitetinin "Data science in business" fakültəsinə qəbul olub. Sevincimin həddi-hüdudu yoxdur, çünki bu uğurun arxasında oğlumun yuxusuz gecələri və sonsuz çalışqanlığı dayanır. Valideyn üçün bundan böyük qürur yoxdur. Allah kimsənin əziyyətini yerdə qoymasın".
Qeyd edək ki, A.Mərdanovanın Nərgiz adlı bir qız övladı da var.


