Abbas Əraqçi: İran təhlükəsizlik zəmanəti verilərsə, nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır

GÜNDƏM 26 avqust 2025, 21:18
ABŞ və İsrailin hərbi hücumlarını bərpa etməyəcəyinə zəmanət verilərsə, Tehran Vaşinqtonla nüvə dosyesi ilə bağlı dolayı danışıqları bərpa etməyə hazırdır.

“Report”un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Asharq Al Awsat”a müsahibəsində bildirib.

“ABŞ ilə ədalətli və bərabərhüquqlu danışıqlar aparmağa hazırıq, bir şərtlə ki, Amerika tərəfi müzakirələr zamanı hərbi təcavüzə əl atmasın. Biz əmin olmalıyıq ki, danışıqlar zərbələrlə əldə edilə bilməyən məqsədlərə nail olmaq cəhdlərinə deyil, qarşılıqlı maraqlara
əsaslanır”, - o deyib.

Əraqçi qeyd edib ki, İran dialoqa hazır olaraq qalır, lakin İsrail və ABŞ-nin birgə hərəkətləri nəticəsində ölkənin nüvə infrastrukturuna ziyan vurulduğu əvvəlki münaqişələrə bənzər ssenarilərin təkrarlanmasına imkan verməyəcək.

O əlavə edib ki, istənilən yeni danışıqlar əvvəlki raundlardan fərqli olacaq və Tehran bütün mərhələlərdə öz maraqlarını qorumaq niyyətindədir.

Əraqçinin sözlərinə görə, yeni çərçivə sazişinin hazırlanması üzrə Avropa ölkələri və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə də danışıqlar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top