“Havanın dəyişkən və yağışlı keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.
O əlavə edib ki, yağış torpağın nəmini artırır və bitkilərin yaxşı böyüməsinə kömək edir:
“Bu, xüsusilə payızlıq əkinlər üçün faydalıdır. Eyni zamanda, sulama üçün əlavə xərcləri azaldır. Amma yağışlı hava bəzi çətinliklər də yarada bilər. Torpaq yollar palçıqlı olur və məhsulların bazara daşınması çətinləşir. Uzunmüddətli rütubət bitkilərdə göbələk xəstəlikləri və zərərvericilərin artmasına səbəb ola bilər. Həmçinin, əkin və biçin işləri gecikir. Yağış torpağın rütubətini təmin edir və məhsul istehsalını dəstəkləyir. Bu halda əkinlər yaxşı böyüyür və qıtlıq riski azalır, qiymətlər sabit qala bilər”.
Leyla Turan
Demokrat.az