“Həm Azərbaycan, həm də Ermənistan tərəflərində sülhə həssas yanaşanlar var. Son dövrlərdə baş verən hadisələr, xüsusilə də prezidentin Vaşinqton şəhərindəki çıxışları və Ermənistan rəhbərliyinin bəyanatları göstərir ki, hər iki tərəf sülhə ciddi önəm verir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, Azərbaycan bölgədəki mürəkkəb geosiyasi vəziyyəti və bəzi ölkələrin sülhə qarşı olan təxribat cəhdlərini nəzərə alır:
“Sülh üçün ciddi təşəbbüslər göstərir. Bu, həm də Azərbaycanın bölgədə sabitlik və əməkdaşlıq üçün nə qədər səy göstərdiyinin göstəricisidir. Ermənistan baş naziri Paşinyanın son açıqlamaları, xüsusilə də Xankəndiyə ermənilərin qayıdışı məsələsində sərgilədiyi ehtiyatlı mövqe, onun da sülhə daha rasional yanaşmağa başladığını göstərir. Bu, tərəflər arasında birgə rifah naminə əməkdaşlıq və kompleks sərhəd məsələlərinin həlli üçün yeni fürsətlər yaradır. Azərbaycanın ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən sülh danışıqlarına açıq şəkildə qatılması isə ölkəmizin sülh üçün nə qədər böyük siyasi iradə göstərdiyini sübut edir. Bu, Azərbaycanın regionda sabitlik və qarşılıqlı əməkdaşlıq yolunda ciddi və əzmkar addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Bu proses nəticə etibarilə Cənubi Qafqazda davamlı sülhə və təhlükəsizliyə aparan yolun əsasını qoyacaq”.
Leyla Turan
Demokrat.az