Bakının bəzi rayonlarında qaz olmayacaq

GÜNDƏM 26 avqust 2025, 21:02
Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə avqustun 27-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top