Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar — Aviaşirkətdən yeni qərar

DÜNYA 26 avqust 2025, 23:37

Amerikanın “Southwest Airlines” aviaşirkəti artıq çəkisi olan sərnişinlərdən iki yer üçün bilet pulu alacaq. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkət oturacaq seçim siyasətində köklü dəyişikliklər etdiyini açıqlayıb.

Şirkət bəyan edib ki, təyyarədə bir oturacağa sığmayan sərnişinlər “Böyük ölçü” kateqoriyasına aid edilir. 

Onlar “Plus-size” sərnişin sayıldığından hər iki oturacaq üçün bilet almalıdırlar. 

Qeyd edək ki, ABŞ aviaşirkətlərindən “United Airlines”, “American Airlines” və “Delta Air Lines” də oturacaq qollarına sığmayan artıq çəkili sərnişinlərdən əlavə ödəniş tələb edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top