Azərbaycanda “robot repetitor” hazırlanır. Hazırda İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ən mühüm layihələrdən biri süni intellekt əsaslı “robot repetitor” sisteminin hazırlanmasıdır.
Bu barədə təhsil eksperti Əli Əhmədov bununla bağlı Demokrat.az-a açıqlamasında deyib ki, robot repetitor şagirdin zəif tərəflərini tanıyıb, ona uyğun dərs proqramı təklif edə bilər:
“Bu robotu evdə və ya məktəbdən kənarda əlavə məşğələlər üçün istifadə oluna bilər. Müəllim olmadığı zaman belə şagird öyrənməyə davam edəcək. Bu həm də gənc nəsil texnologiya ilə öyrənmə bacarığını artırır, gələcəkdə rəqəmsal dünyaya daha yaxşı adaptasiya olur. Bütün bunlara baxmayaraq, robot repetitor şagirdin müəllim və sinif yoldaşları ilə ünsiyyətini tam əvəz edə bilməz. Müəllim şagirdin duyğularını anlaya və motivasiya verə bilər, lakin robot bunu tam edə bilmir. Bu zaman şagirdlər texnologiyaya çox bağlı ola bilər, özünəməxsus öyrənmə bacarığı zəifləyə bilər. Hər ailə və məktəb robot repetitor almağa imkan tapa bilməz, bu isə təhsil bərabərsizliyini artıracaq”.
Leyla Turan
Demokrat.az