Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Məlumata görə, "Keno" markalı siqaretlərin "boz nazik" və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, tütün və siqaret məhsullarının qiymətləri elə səviyyəyə qaldırılmalıdır ki, bu məhsullar geniş ictimaiyyət üçün əlçatmaz olsun:
“Azərbaycan bu məsələdə Türkiyədən çox da geri qalmır. Türkiyədə tütün istifadəsi ciddi səviyyədə artıb, xüsusilə qadınlar və gənclər arasında. Təəssüf ki, bu tendensiya Azərbaycanda da müşahidə olunur və bu, narahatedici haldır. Mən müxtəlif ölkələrdə olmuşam – həm kasıb, həm də inkişaf etmiş ölkələrdə. Ancaq heç birində Azərbaycandakı kimi geniş yayılmış siqaret istifadəsinə rast gəlməmişəm. Məsələn, Filippin paytaxtı Manila şəhərində siqaret satışına məhdudiyyətlər var, mağazalarda satılmır, gizli yerlərdə satılır. Avstraliyada isə siqaret tapmaq demək olar ki, mümkün deyil. Taylandda insanlar siqaret kötüyünü yerə atmır. Manilada tütün satışı üçün böyük cərimələr mövcuddur. Azərbaycanda isə bu sahədə vəziyyət tam fərqlidir. Halbuki ölkədə “Tütün və Tütün Məhsulları haqqında” qanun mövcuddur və Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub”.
Sədr diqqətə çatdırıb ki, lakin qanunvericiliyin icrası zəifdir:
“Bir tərəfdən siqaret satışı məhdudlaşdırılır, digər tərəfdən tütünçülük inkişaf etdirilir. Təxminən 8 il əvvəl Şəkidə tütün fabriki açıldı. Azad İstehlakçılar Birliyi olaraq bizim bağlatdırdığımız 4 filtresiz siqaret fabriki yenidən fəaliyyətə başladı. Hətta Bakıda “Zəhrimar” adlı bir dükanın qəlyan satışı ilə məşğul olması diqqətçəkicidir. Satıcının bu adı seçməsi doğru bir mesajdır. Biz hesab edirik ki, tütün məhsullarının istehsalına və satışına ciddi məhdudiyyətlər tətbiq olunmalıdır. Tütün – bütün dünyanın insan sağlamlığı üçün zərərli hesab etdiyi məhsuldur və insanlar bu vərdişdən uzaqlaşmalıdır. Eyni zamanda, ölkədə qanunsuz yollarla gətirilən və mənşəyi bilinməyən tütün məhsulları, xüsusilə də elektron siqaretlər daha təhlükəlidir. Çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən tütün fabrikləri bu zərərlərin qarşısını almaq üçün ciddi tədbirlər görmür. Biz tütün məhsullarının qiymətinin dəfələrlə artırılmasını və Avropa ölkələri səviyyəsinə çatdırılmasını dəstəkləyirik”.
Leyla Turan
Demokrat.az