Eyni meyvə, eyni dad, fərqli qiymət — Səbəbi AÇIQLANDI

SOSİAL 09 iyul 2025, 10:26
Meyvə-tərəvəzləri bazar və marketlərdə fərqli qiymətlə satıldığını müşahidə edirik Eyni meyvə, eyni dad, lakin fərqli qiymət. 

Bəs buna səbəb nədir? 

İqtisadçı Cavid Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, bu fərq təchizat zənciri, satış strukturunun fərqliliyi və əlavə dəyər yaratma proseslərindən qaynaqlanır:

“Marketlərdə qiymətlər adətən nisbətən yüksək olur. Bunun əsas səbəbi məhsulların qablaşdırma, çeşidləmə, saxlanma, daşınma və logistika xərclərinin daha çox olmasıdır. 

Marketlər əlavə olaraq ƏDV və digər vergi öhdəliklərini rəsmi şəkildə yerinə yetirdiyindən, bu da qiymətə təsir göstərir. 

Eyni zamanda, marketlər alıcılara təhlükəsizlik, rahatlıq, çeşid bolluğu və xidmət keyfiyyəti təqdim etdiyindən, bu faktorlar da qiymətlərə əlavə dəyər kimi əks olunur. Bazar isə daha çevik və sadə təchizat modeli ilə fəaliyyət göstərir. Burada məhsullar birbaşa kənd təsərrüfatı istehsalçılarından və ya topdansatışçılardan əldə olunduğuna görə aralıq xərclər azdır. 

Eyni zamanda, bazarlarda çox vaxt vergi yükü və rəsmi xərclər aşağı olur, məhsul uzunmüddətli saxlanmadan dərhal satışa çıxarıldığı üçün əlavə logistika xərcləri yaranmır”. 


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top