“Onların faciəsi Krımın işğalı ilə başlamışdı. 2014-cü ildə Krım işğal ediləndə krımlılar vətənləri üçün mübarizəyə qalxmışdı. İşğala etiraz edənlərdən biri də o idi - Ernest Süleymanov. Krım tatarıdır”.
Demokrat.az xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun Xəbər” proqramında yer alıb.
Aparıcının sözlərinə görə, Rusiyanın nəzarətində olan Krımda yaşamaq onun üçün ağır olub:
“Bu etirazına görə də vətənindən ayrı düşüb. Amma vətəni ondan ayrı düşməyib. Krıma olan sevgisini qəlbində, bir də Varşavada açdığı “Kırm” adlı restoranda yaşadır. Restoran üçün maraqlı məkan da seçib – Rusiya səfriliyinin qarşısı. Səfirliyə gələn ruslar hər gün “Krım” restoranının qarşısından keçməli olurlar. Bu da Ernest Süleymanovun bir növ özünəməxsus etiraz formasıdır.
İTV Xəbər Yekun Polşanın paytaxtında, Rusiya səfirliyinin qarşısında “Krım” restoranı açan bu vətənpərvər insanı tapdı. Bu işdə bizə Varşavada yaşayan azərbaycanlılar yardımçı oldu. Ernest Süleymanov müsahibə istəyimizi məmnuniyyətlə qəbul etdi. Biz ona müsahibə və çəkdiyi görüntülər üçün təşəkkür edirik. İnanırıq ki, onun kimi minlərlə krım tatarı bir gün yenidən Krıma qayıdacaq”.
Daha ətraflı videomaterialda: