Qanun qəbul edildi — Pensiya yaşı 70 olacaq

DÜNYA 23 may 2025, 12:20
Danimarka parlamenti pensiya yaşını 70-ə qaldırıb.

Demokrat.az Yenisabah.az  istinadən xəbər verir ki, Danimarka Parlamenti pensiya yaşının artırılması ilə bağlı yeni qanunu qəbul edib. Qərara əsasən, 2040-cı ildən etibarən ölkədə pensiya yaşı 70 olacaq.

Bu qərarla Danimarka Avropanın ən yüksək pensiya yaşına sahib ölkəsi olacaq. 2006-cı ildən bəri pensiya yaşını əhalinin orta ömür uzunluğuna uyğun tənzimləyən ölkə hər 5 ildən bir bu yaşı yenidən nəzərdən keçirir.

Hazırda Danimarkada rəsmi pensiya yaşı 67-dir. Qrafikə əsasən, bu yaş 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a qalxacaq. Yeni qanuna görə, 1 yanvar 1971-ci il və daha sonra doğulan şəxslər üçün pensiya yaşı 70 olacaq.

Qanun dünən keçirilən səsvermədə 81 “lehinə”, 21 “əleyhinə” səslə qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 may 2025, 17:01
Top