"Gəncə və gəncəlilər" çərçivəsində Mahir Məmmədovun yaradıcılıq gecəsi oldu — FOTOLAR

MƏDƏNİYYƏT 23 may 2025, 17:17
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Əməkdar artist Mahir Məmmədovun yaradıcılıq gecəsi keçirilib. 

Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rüstəm Cəfərov, Fuad Ramazanov, Zəminə Mustafayeva, Samirə Hacıyeva, Seymur Sadıxov (balaban), Vüsal Namazov (tar), Musa Bayramov (tar) çıxış ediblər.  Gecədə  Fikrət Əmirovun "Təntənəli rəqs", "Lirik rəqs", "Aşıqsayağı", Qara Qarayevin "Yeddi gözəl" baletinden Aişənin rəqsi, Niyazinin "Vətən nəğməsi", Arif Məlikovun "Türk qızlarının rəqsi", Süleyman Ələsgərovun "Gözlə məni", Tofiq Quliyevin "Bakı haqqında mahnı", "Darıxma", Səid Rüstəmovun "Hardasan", "Şeir deyilmi", Hacı Xanməmmədovun "Yenə o bağ olaydı" və digər əsərlər səsləndirilib. 

Yaradıcılıq gecəsində Xalq artisti Rafael Bayramov,  Əməkdar artist Mahir Məmmədov, Əməkdar müəllim Arif Hüseynov çıxış ediblər. 

Əməkdar artist Mahir Məmmədovun konsertmeysterliyi ilə keçirilən yaradıcılıq gecəsi  böyük maraqla qarşılanıb.

















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top