ABŞ-də təyyarə qəzasında məşhur qrupun üzvü öldü

DÜNYA 23 may 2025, 13:05
ABŞ-nin Kaliforniya ştatında "Cessna 550" təyyarəsinin qəzaya uğraması nəticəsində "The Devil Wears Prada" qrupunun keçmiş barabançısı Deniel Uilyams vəfat edib.

Bu barədə "Billboard" nəşri məlumat verib.

"Sound Talent Group"un üç nümayəndəsi də daxil olmaqla, təyyarə qəzası nəticəsində ölənlərin sayının altıya çatdığı bildirilir.

Məlumata görə, təyyarəni musiqi agenti Deyv Şapiro idarə edib. Onun öldüyü bildirilir. Uçuşdan əvvəl Uilyams sosial şəbəkədə Şapiro ilə kabində əyləşərkən çəkilmiş şəklini paylaşıb.

Xatırladaq ki, "Cessna 550" mayın 22-də Kaliforniyada yaşayış massivinə düşərək, qəzaya uğrayıb. Hadisə yerində aviasiya yanacağı tökülüb və yanğın baş verib. 15-ə yaxın ev yanıb, 100-ə yaxın sakin təxliyə edilməli olub. (Oxu.Az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top