Riyaziyyatdan imtahan nəticəsi niyə zəif oldu? — AÇIQLAMA

GÜNDƏM 23 may 2025, 18:46
"Azərbaycanda hər zaman riyaziyyata və elmə maraq yüksək səviyyədə olub. Riyaziyyat elmi bizim üçün önəmli elmdir. Bu gün azərbaycanlılar Türkiyədə riyaziyyat fənnini tədris edirlər, elmə töhfə verirlər. Riyaziyyat ciddi sahədir ona görə də məsələ çox həssasdır. Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi problemin kökündəki səbəbi araşdırmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

"Real vəziyyət haqqında araşdırma aparmadan nəyisə demək çox çətindir.  Bəzən araşdırmırıq və sonradan başqa problemlər ortaya çıxır. Bu cür problemləri aradan qaldırmaq üçün kökündə dayanan səbəbi bilmək lazımdır".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticəsi ürəkaçan deyil.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top