Ölən şəxs yalnız qeydiyyatda olduğu ərazidəki qəbiristanlıqda DƏFN edilməlidir? — Rəsmi AÇIQLAMA

GÜNDƏM 23 may 2025, 23:43
Bakının Suraxanı rayonu ərazisində yerləşən qəbiristanlıqların birində yalnız ərazi üzrə qeydiyyatı olanların dəfn edilməsini əks etdirən lövhə yerləşdirilib. Lövhədə yazılanlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs dəfn zamanı ərazi üzrə qeydiyyat nəzərə alınırmı?

Məsələyə aydınlıq gətirən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Bizim.Media-ya deyib ki, elə bir qayda yoxdur:

“Kimsə ağızdan belə bir şey deyib, yaza bilər, amma elə şey yoxdur. Vətəndaş istənilən yerdə dəfn edilə bilər. Bu, vətəndaşın özünün və yaxınlarının istəyindən asılıdır”.

Qeyd edək ki, Azərbaycanda ölən şəxsin dəfn edilməsi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsaslanır. Bu qaydalarda qəbirsanlıqların salınması, qəbir yerlərinin ölçüsü, dəfn xərcləri, insanların etiqad göstərdiyi dinə uyğun olaraq dəfnin həyata keçirilməsi öz əksini tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top