Qubadakı məşhur restorandan şikayət: “Gecədən su yox idi”

SOSİAL 07 sentyabr 2025, 15:27
Qubada yerləşən məşhur “Aynur” hoteldə müştərilər problemlə üzləşib.

Demokrat.az xəbər verir ki, hoteldə axşam saatlarından su problemi yaşanıb.

Səhər isə yeməyə gecikən müştərilərə yemək verilməyib.

Narazı müştərilərdən Ülfət İsmayılov şikayətlə bağlı bunları qeyd edib:

“Qaldığımız otaqda gecədən su problemi var idi. Su probleminə görə səhər yeməyinə 15 dəqiqə gecikdik. Buna görə də səhər yeməyi verilmədi. Administratora başa salmaq olmadı ki, əl-üzü yumamış səhər yeməyi yemək olmur. Cavab olaraq dedi ki, birtəhər su tapıb əl-üzünüzü yuyardınız. Bir sözlə, xidmət çox aşağıdır, özlərində olan problemi yoluna qoymurlar. Pulunuz heyifdir. Əsəbləriniz də həmçinin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2025, 14:23
Top