Dünya

Zelenski: "Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq"

Zelenski: Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin danışıqlar qrupunun ABŞ nümayəndələri ilə işini davam etdirdiyini bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda tərəflər arasında yeni görüş keçirilə bilər.

"Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq. ABŞ-da görüşmək istəyirlərsə, bizi dəvət etsinlər, biz hazır olacağıq. İstənilən formatda danışıqlara hazırıq: üçtərəfli, ikitərəfli və ya daha geniş tərkibdə. Bunun fərqi yoxdur. Əsas olan sülhdür", – deyə Zelenski vurğulayıb.

NE
Nihadə Eyyubova