Naftalanda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Qəza zamanı 1959-cu il təvəllüdlü M. Bayramova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


