Maraqlı Özəl

Hər şeyi içinə atan və hisslərini heç kimlə bölüşməyən 3 bürc

Hər şeyi içinə atan və hisslərini heç kimlə bölüşməyən 3 bürc

Bəzi insanlar hisslərini rahatlıqla dilə gətirsə də, digərləri yaşadıqlarını öz daxilində saxlamağa üstünlük verirlər. Hətta ən yaxın insanlarına belə açılmaqda çətinlik çəkənlər var. Astroloq Letao Wangın fikrincə, üç bürc duyğularını və düşüncələrini gizli saxlamağa meyilli olması ilə seçilir.

Əqrəb - Güvənmədən özünü açmır

Astrologiyada Plutonun idarə etdiyi Əqrəb bürcü məxfiliyə önəm verməsi ilə tanınır. Bu bürcün nümayəndələri hisslərini hər kəslə bölüşməyi sevmir, özlərini qorumağa çalışırlar.

Su ünsürünə aid olan Əqrəblər üçün güvən olduqca vacibdir. Yanlış anlaşılmaqdan çəkinən bu insanlar bəzən yaşadıqlarını danışmaqdansa, susmağa üstünlük verirlər.

Oğlaq - Hisslərini nəzarətdə saxlayır

Saturnun idarə etdiyi Oğlaq bürcü intizamlı, təmkinli və düşünülmüş davranışları ilə seçilir. Oğlaqlar danışmazdan əvvəl sözlərini ölçüb-biçir, düşüncələrini hər kəslə bölüşmürlər.

Onlar üçün şəxsi sərhədlər mühüm əhəmiyyət daşıyır. Buna görə də kiminlə nəyi bölüşəcəklərinə diqqətlə qərar verir, özlərini başqalarına açmaqda çətinlik çəkə bilirlər.

Balıq - Duyğularını sözlə ifadə etməkdə çətinlik çəkir

Neptunun idarə etdiyi Balıq bürcü həssaslığı və dərin duyğuları ilə tanınır. Bu bürcün nümayəndələri hiss etdiklərini başqalarına danışmaq əvəzinə, daxilində yaşamağa üstünlük verə bilərlər.

NE
Nihadə Eyyubova