"Qəzaların sayının artdığını deməzdim. Demək olar ki, son illərə nisbətən stabildir, 5 faiz artım və ya azalma ola bilər. Amma ümumilikdə düşünmək lazımdır ki, bu qəzalar niyə baş verir?"
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, araşdırdıqda məlum olur ki, baş verən nəqliyyat hadisələrinin əsas səbəbi yol hərəkəti iştirakçıları özləridir:
"Sürücülərin və piyadaların bilərəkdən yol hərəkəti qaydalarını pozması, texniki reqlamentlərə riayət edilməməsi qəzalara səbəb olur".
Ekspert yollarda skuter və velosipedlərin artmasının qəzalara təsiri barədə danışarkən qeyd edib ki, məsələ sırf skuter və velosiped sürücüləri deyil:
"Xeyr, fərqi yoxdur, velosiped, avtomobil sürücüləri, piyadalar. Qaydaları pozurlarsa, qəzalara gətirib çıxarır".
Cavidan Mirzəzadə
Demokrat.az