Lavrov: Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir

DÜNYA 23 may 2025, 22:32
"Moskva bütün çətinliklərə və Ukrayna tərəfindən Rusiyanın mülki obyektlərinə qarşı kütləvi PUA hücumlarına baxmayaraq, sülh yolu ilə münaqişənin həllinə sadiq qalır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Biz sülh yolu ilə nizamlanmaya sadiq qalırıq. Həmişə danışıqlara açığıq. Rusiya Prezidenti Vladimir Putin bunu dəfələrlə həm ictimai çıxışlarında, həm də xarici liderlərlə apardığı danışıqlarda təsdiqləyib,” – nazir bildirib.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top