Nəhəng heykəlin içərisində məşhur akademikin cansız cəsədi tapılıb

DÜNYA 23 may 2025, 20:48
Rusiyanın Volqoqrad şəhərində İkinci Dünya Müharibəsini xatırladan nəhəng “Vətən çağırır” heykəlinin içindən yaşlı kişinin cansız bədəni çıxarılıb. 

Demokrat.az
xəbər verir ki, hündürlüyü 85 metr olan bu abidə sovet dövrünün ən möhtəşəm abidələrindən biri kimi tanınır. Rusiya İstintaq Komitəsindən verilən açıqlamada heykəlin başının içindən bir nəfərin cansız bədəninin çıxarıldığı bildirilib. 

1967-ci ildə məşhur memar Yevgeni Vuçetiç tərəfindən ucaldılan heykəl Stalinqrad döyüşündə həyatını itirənlərin xatirəsinə ucaldılıb və indi də dünyanın ən hündür qadın heykəli olaraq qalır.
Əvvəlcə turist olduğu deyilən şəxsin sonradan Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının direktoru Nikolay Çesnokov olduğu məlum olub. 

Hadisədən sonra Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının rəsmi saytında verilən açıqlamada 68 yaşlı Nikolay Çesnokovun ölüm xəbəri yayılıb. Ölümün səbəbinin infarkt ola biləcəyi düşünülsə də, İstintaq Komitəsi hadisə ilə bağlı geniş araşdırmalara başlayıb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top