“Əslində, bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını yubadacaq heç bir obyektiv səbəb yoxdur. Tərəflər sülhə çox yaxındır. Biz bu günlərdə Avropa Siyasi Birliyinin Tiranada keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında baş tutan qeyri-rəsmi görüş zamanı da bunun şahidi olduq. Yəni Ermənistan pozucu qüvvələrin diktəsi ilə hərəkət etməsə, normallaşma mümkün ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. O bildirib ki, sülh müqaviləsinin bağlanmasına gəlincə, burada rəsmi Bakının iki əsas şərti var:
“Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası var. Bu, qeyd-şərtsiz dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure isə bunun ləğvi zəruridir.Bu günlərdə Macarıstanda səfərdə olan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, əfsuslar olsun, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Nəzərə alsaq ki, Azərbaycan Prezidenti bu bəyanatı Tiranada Nikol Paşinyanla görüşdən sonra verib, bu, o deməkdir ki, İrəvan hələ də iki əsas şərtlə bağlı qərarını verməyib”.
Millət vəkili qeyd edib ki, prosesin uzanması Ermənistanın xeyirinə deyil, Azərbaycan isə burada heç nə itirmir:

“Ermənistan bütün əməkdaşlıq layihələrindən kənarda qalıb. Sülh müqaviləsinin imzalanmaması regionda müəyyən risklər yaratsa da, Azərbaycanın bunu neytrallaşdırmaq potensialı mövcuddur, istər siyasi-iqtisadi, istərsə də hərbi nöqteyi-nəzərdən. Amma Ermənistanın belə imkanları yoxdur. Təhlükəli oyunlarda alət olmaq isə Ermənistan üçün növbəti fəlakət olacaq. Paşinyan seçkiyə qədər konstruktiv qərar verməklə ölkəsini xilas etmiş olar”.
Cavidan Mirzəzadə
Demokrat.az