Son zəngdə amerikan mahnıları altında rəqs etmək qadağan edilib

DÜNYA 23 may 2025, 18:45
Sankt-Peterburq məktəblərindən birində məzunlara son zəngdə xarici musiqi sədaları altında rəqs etmək qadağan edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Fontanka” məlumat verib.  İngilis və fransız dillərinin dərindən öyrənildiyi məktəbdə son zəng mayın 24-nə planlaşdırılıb. 

Məktəb bu qərarı musiqiçilərin guya “xarici agent” olması ilə izah edib. Məzunlar ailələri ilə birlikdə aksiya keçirib, xoşlarına gələn mahnılar altında rəqs etməyi planlaşdırırlar. 

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top