Baş prokuror Kamran Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib ki, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. O bildirib ki, təkcə ötən il Azərbaycan BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub.
Mövzu ilə bağlı Demokrat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan bir neçə ildir ki, beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edir:
“Məsələn, COP29 kimi nüfuzlu tədbirlərin, həmçinin Qoşulmama Hərəkatının konfranslarının keçirilməsi ölkəmizin təhlükəsiz və sabit bir məkan olduğunu göstərir. Bu, hüquq-mühafizə orqanlarının bu istiqamətdə ciddi işlər həyata keçirdiyini sübut edir. Azərbaycanın qlobal tədbirlərin keçirilməsi üçün təhlükəsiz bir məkan olması artıq dünya birliyi tərəfindən qəbul edilir. Hər bir ölkənin müəyyən tədbirlər keçirməsi zamanı təhlükəsizlik tədbirlərinin alınması vacibdir. Əgər bir tədbirə qarşı müəyyən təhlükəsizlik riskləri olarsa, həmin ölkənin təhlükəsizlik indeksi aşağı düşür”.
Politoloq əlavə edib ki, Azərbaycan uzun illərdir bu istiqamətdə böyük təcrübəyə malikdir:
“Hüquq-mühafizə orqanlarının peşəkarlığı və təhlükəsizliyinin yüksək səviyyədə qurulması sayəsində Azərbaycan qlobal təhlükəsizlik səviyyəsində özünə layiqli bir yer tutub. Bu baxımdan, Azərbaycan bir çox ölkələrə təcrübə nümunəsi ola bilər. Düşünürəm ki, mövcud təşkilatlar öz konfranslarını və iclaslarını keçirərkən, həmin ölkədə sabitlik və təhlükəsizlik məsələlərinə ciddi fikir verirlər. Bu istiqamətdə Azərbaycan öncül ölkələrdən biridir. BMT və digər qrumlar da Azərbaycanla bu sahədə əməkdaşlıq qururlar”.
Leyla Turan
Demokrat.az