Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd ediblər — FOTOLAR

GÜNDƏM 23 may 2025, 19:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib. Tədbirlər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anılması ilə başlayıb. Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

 Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirlər daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında  davam edib. Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top