Bakının Xəzər rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Binə qəsəbəsi, H.Cavid küçəsində baş verib. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Bəhruz həmin ünvanda yaşadığı fərdi yaşayış evində həyat yoldaşı Nigarı (adlar şərtidir – red.) döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nigar onun həyat yoldaşıdır: “Biz 2024-cü ildə ailə həyatı qurmuşuq və bir oğlan övladımız var. Məlum hadisə günü yaşadığımız evdə aramızda mübahisə yarandı. Yaranan mübahisə zamanı saat 13 radələrində yaşadığımız evdə həyat yoldaşımı saçından tutdum, sifətinin sol nahiyyəsindən qəsdən dişlədim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nigarın sözlərinə görə, hadisə günü yaşadıqları evdə olduqları zaman həyat yoldaşı Bəhruzun mobil telefonda başqa xanımlarla yazışmalarını gördüyü üçün aralarında mübahisə yaranıb: “Aramızda yaranan mübahisə zamanı Bəhruz saçımdan tutaraq yoldu, qəsdən yerə vuraraq xəsarət yetirdi, yerdə sürüdü və sifətimin sol tərəfindən dişləyərək mənə qəsdən bədən xəsarətləri yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli
Demokrat.az