Ər arvadına xəsarət yetirdi

KRİMİNAL 23 may 2025, 20:21
Bakının Suraxanı rayonunda ər arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 21 yanvar 2025-ci ildə baş verib. Zəngilan rayon sakini, 1981-ci il təvəllüdlü Müslüm həmin gün saat 21:00-da yaşadıqları evdə telefonuna bir başqa qadın tərəfindən edilmiş zənglər səbəbindən həyat yoldaşı Zümrüdün (adlar şərtidir – red.) ona irad bildirməsi nəticəsində, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əsəbləşib. 

Müslüm əli ilə qəsdən Zümrüdün çənə və sol qol nahiyyələrinə zərbə vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayət əməlini etiraf edib.

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi olmayıb. 

Bu səbəbdən Müslümün barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top