Məşhur "VİA Qra" qrupu fəaliyyətini dayandırdı

DÜNYA 23 may 2025, 16:29
Rusiyanın məşhur prodüseri Konstantin Meladze 25 ildən sonra "VİA Qra" qrupunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, K.Meladze bu barədə özünün "Instagram" səhifəsində məlumat verib.

"25 ildir bu layihədə mənimlə işləyən hər kəsə minnətdaram. Rəssamlara, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, stilistlərə, vizajistlərə... hamıya, hamıya, təşəkkürümü bildirirəm. Bu, çox gözəl günlər idi, amma bütün bunlara rəğmən nostalji hiss etmirəm", - deyə K.Meladze qeyd edib.

Məşhur prodüser "VİA Qra" qrupunun səsləndirdiyi mahnıların hələ uzun illər sevə-sevə dinləniləcəyinə ümid etdiyi vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top