Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifə Sadiq Əliyevə həvalə edilib. Bununla da, nazir müavinlərinin sayı 4-ə çatıb.
O, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb, 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib, 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri, 2024-2026-cı illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub, 8 yanvar 2026-cı ildən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyib.
S.Əliyev Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.


