İsrailin Qüds şəhərində Çexiyanın diplomatik nümayəndəliyinin əməkdaşı Klara Şneyderova (Klára Schneiderová) yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Demokrat.az xəbər verir k, Çexiyanın Təl-Əvivdəki səfirliyi hadisə ilə bağlı rəsmi sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Qüdsdəki Çexiya səfirliyinin ofisinə rəhbərlik edən diplomatın vəfatı diplomatik nümayəndəlikdə kədərlə qarşılanıb.
Səfirlik onun avtomobil qəzası nəticəsində öldüyünü açıqlayıb.
"i24news" telekanalının məlumatına görə, hadisə Aqrippa küçəsində baş verib. Mikroavtobusun sürücüsü idarəetməni itirərək səkiyə çıxıb, piyadanı vurduqdan sonra mağazaya çırpılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan diplomat Şaar Zedek xəstəxanasında həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Mikroavtobusun sürücüsü saxlanılıb.
İsrailin xarici işlər naziri Gideon Saar Klara Şneyderovanın ailəsinə, yaxınlarına və Çexiyanın diplomatik korpusuna başsağlığı verib.


