YapiKredi Müraciət Forması
Siyasət Özəl

"Revanşizm Ermənistana yeni faciələr gətirə bilər"

Revanşizm Ermənistana yeni faciələr gətirə bilər

"Ermənistanda hələlik açıq vətəndaş qarşıdurmaları gözlənilmir. Baxmayaraq ki, parlamentdə cəmiyyətin siyasi müxalifətini təmsil eləyən bir neçə deputat var. Ancaq onlar Ermənistan cəmiyyətinin əksəriyyətinin siyasi baxışlarını və mövqeyini əks etdirmirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Revanşizm Ermənistana yeni faciələr gətirə bilər

O bildirib ki, artıq neçə ildir ki, sərhəddə toqquşmalar baş vermir.

"Paşinyanın Ermənistan parlamentində üstün mövqe qazanması onun Vətən müharibəsində məğlubiyyətinə baxmayaraq Ermənistan cəmiyyətinə əsl dövlətçilik yolunu göstərmək platformasından irəli gəlib. Paşinyan müharibədəki məğlubiyyətə baxmayaraq, Ermənistan cəmiyyətində həmin məğlubiyyətin səbəbləri ilə bağlı fərqli siyasi baxış formalaşdıra bilib. Ermənistan cəmiyyəti ilk dəfə olaraq müstəqillik əldə olunandan sonra məhz Azərbaycanın təklif etdiyi sülh platforması əsasında dinclik əldə edib. Artıq neçə ildir ki, sərhəddə toqquşmalar baş vermir. Erməni ailələrinin övladları başqalarına məxsus torpaqda xidmət edərək hərbi döyüş və yaxud da ki, qeyri-hərbi şəraitdə həlak olmurlar. Erməni ailələrinin qapısına cavan uşaqların meyitləri getmir. Bunu erməni cəmiyyəti öz gözü ilə gördüyünə görə Paşinyanın sülh platforması praktik şəkildə bu cəmiyyətdə qalib gəldi. Bu Paşinyanın sülh platformasının qələbəsi özünü parlament seçkilərində də göstərdi. Parlament seçkilərindən sonra isə Paşinyanın sülh platforması öz gücünü yerli bələdiyyə bələdiyyə seçkilərində də nümayiş etdirdi.

Parlamentdən sonra Ermənistanda yerli özünü idarə seçkilərində Paşinyanın tərəfdarlarının mütləq şəkildə qalib gəlməsi o deməkdir ki, Ermənistan cəmiyyətində sülh platforması irəliləməkdə və qalib gəlməkdə davam edir. Bu gedişlə Ermənistan cəmiyyətində sülh tərəfdarlarının dairəsi getdikcə böyüyə bilər. Buna baxmayaraq qisasçılar və revanşistlər də güclənməyə çalışacaqlar. Ən azı parlamentdə olan güclü Ermənistan bloku və parlamentdən kənarda olan çiçəklənən Ermənistanla kilsənin qüvvələri varqüvvə ilə qisasçıları yenidən meydana tökməyə çalışacaqlar. Ermənistan cəmiyyətində müəyyən xarici qüvvələrin, o cümlədən Rusiya və İrandakı bəzi dairələrin təsiri ilə revanşist və radikal meyilləri gücləndirmək cəhdləri olsa da, Paşinyanın irəli sürdüyü sülh gündəliyi cəmiyyət üçün daha cəlbedici perspektiv yaradır. Buna görə də yerli seçkilərdə Paşinyanın mütləq şəkildə qalib gəlməsi onun erməni cəmiyyətini öz planları çərçivəsində düzgün yola sala bilməsi ilə bağlıdır. Ermənistanda sülh gündəliyinin güclənməsini yalnız Paşinyanın xidməti kimi qiymətləndirmək düzgün olmaz. Burada Azərbaycanın da dolayısı ilə mühüm təsiri var. Əgər Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsəydi, Ermənistanın uzun illər davam etdirdiyi təcavüzkar siyasətə son qoyulmasaydı, Qarabağ münaqişəsi Ermənistanın siyasi gündəmindən çıxmasaydı, erməni cəmiyyəti bu gün rahat yaşamaq və gələcəyini müharibəsiz qurmaq imkanı əldə edə bilməzdi. Məhz Azərbaycanın yaratdığı yeni reallıqlar Ermənistan cəmiyyətinə bu münaqişə yükündən qurtulmaq və sülh şəraitində yaşamaq perspektivi qazandırıb. Buna görə də Ermənistanda baş verən siyasi və ictimai dəyişikliklərdə Azərbaycanın rolunu da nəzərə almaq lazımdır. Ona görə də Ermənistan cəmiyyəti cəmiyyəti nə qədər ki sülh platformasına bağlanır, bu Ermənistanı qonşuları üçün rahat dövlətə çevirəcək. Amma Ermənistanda revanşizm baş qaldırsa, bu qonşular üçün də narahatlıq gətirəcək. Ermənistan cəmiyyətinin özü üçün isə yeni daha böyük faciələr gətirəcək.

Nuray Paşşanlı

Editor
Redaktor