Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda SAXLANILDI

DÜNYA 23 may 2025, 09:13
Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini keçirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Bildirilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.

"Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub", - hüquq-mühafizə orqanları məlumat yayıb.

İttihama görə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində bir sıra xüsusilə təhlükəli cinayətləri təşkil etməkdə təqsirli bilinir. Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini keçirib. Bu işdə təqsirli olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı kimi Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər. (Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top