"Universitet sayını 151-ə də qaldırmaq mümkündür, amma nə faydası? " — Deputatdan AÇIQLAMA

GÜNDƏM 23 may 2025, 14:09
"Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovu çox yaxşı tanıyıram. Çox savadlı elm adamıdır, onunla Dövlət İdarəçilik Akademiyasında bir yerdə çalışmışıq. Yaxşı idarəçidir, onun rəhbərliyi altında İqtisad Universiteti xeyli inkişaf edib və inkişaf yolundadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Elman Nəsirov deyib. 

Deputat bildirib ki, Azərbaycanın peşəkar, tanınmış ali məktəblərinin birinə rəhbərlik edən şəxs Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur deyirsə, konkret təhlillərinə, analizlərinə, təhsillə, tədrislə bağlı çoxillik təcrübəsinə əsaslanıb söyləyir:



"Yəqin ki, burada Ədalət müəllim üçün əsas olan məsələ keyfiyyət məsələsidir.  Azərbaycanda olan universitet sayını 151-ə də qaldırmaq mümkündür. Bəs faydası nədir? Nəticədə nə əldə edirik? Sadəcə statistika. Say çoxdur, ortada keyfiyyət yoxdur. Bu nəyə lazım? Ona görə də Ədalət müəllimin məntiqini mən başa düşürəm. O düşünür ki, sayı az olsun, amma keyfiyyətli olsun. Elə universitetlər olsun ki, onlar dünyanın tanınmış universitetlərinin siyahısında yer alsın. Hesab edirəm ki, Ədalət müəllim də məsələyə eyni məntiqlə  yanaşıb".

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib ki, Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top