"Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasının təşəbbüskarı, memarı, həm də ideoloji əsaslarını formalaşdıran məmləkətdir. Ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə diqqət yetirib. Ondan sonra varisi prezident İlham Əliyev 2009-cu ildə Naxçıvanda yeni və möhkəm təməl qoydu. O, TDT-nin rəhbərlərini inandıra bildi ki, bu ailə böyüyüb, ayaqüstə durmalıdır. Çox keçmədi ki, Macarıstanı da təşkilatın sıralarında gördük".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, İlk başlarda Orta Asiyada olan türk dövlətləri bu təşkilata böyük maraq göstərmirdilər:
"Azərbaycanın 2020-ci ildəki qələbəsi onlar üçün çağırışa çevrildi. Başa düşdülər ki, Bakı bu tərzdə öz problemini həll edirsə, ona dayaq olmaq lazımdır. Macarıstanın təşkilata qoşulması o deməkdir ki, TDT artıq dünyada söz sahibinə çevrilib. Təkcə əhalinin sayı, ümumdaxili məhsul deyil, rəsmi Bakı Avrasiya məkanında elə bir məsələ yoxdur ki, onunla bağlı öz qəti mövqeyini bildirməsin. Bakı hansı işdən yapışırsa, onu həll edir.
Onun sözlərinə görə, bəzi mərkəzlər kor-təbii şəkildə çıxış edirlər, ancaq TDT dövlətləri həqiqətən zamanın çağırışlarını düzgün qəbul və transkripsiya edir:
"Azərbaycan transkripsiyanı qabarıq şəkildə açır ki, hansı hədəflərimiz olduğu, hansı mövqedə dayanmağımız bəlli olsun. Düşünürəm ki, iqtisadi potensial güclənməlidir, həm də texnoloji suverenlik bərpa edilməlidir. Gələcəkdə texnoloji irəliləyiş bütün proseslərin taleyini həll edəcək. Bu zəmində "Texnofest" səviyyəsində təşkilatlanırıq. Bunlar hələki başlanğıc olsa da, böyük gələcəyi var. Bu sahədə təşkilatın üzvlərindən ən irəlidə olan dövlət Macarıstandır. Macarıstanda rəqəmsallaşma böyük bazaya malikdir. Digər TDT dövlətləri də bu prosesdə maraqlı olmalıdır. Təşkilatın böyük gələcəyi var. Adımızı bədnam etmək istəyənlərin səyləri fiaskoya uğrayacaq. Biz yolumuzu tapmışıq, qarşımızı heç kim ala bilməyəcək".
Əfsanə Kamal
Demokrat.az