"Güman ki, bundan sonrakı addım onların reklam gəlirlərinə vergi tətbiq etmək olacaq. Fiziki şəxs kimi qeydiyyatdan keçib, müqavilə ilə çalışanlar ancaq dövriyyədən vergi ödəyirlər. Növbəti mərhələdə reklam gəlirlərindən də vergi vermək mümkün olacaq. Deyə bilmərik ki, bunu təkcə Azərbaycan tətbiq edir, yox, dünya təcrübəsində də bu, var".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ancaq belə sərt nəzarət sonradan gizli reklam kampaniyasına çevrilir:
"Məsələn, hansısa bloger əynində "x" markanın geyimi ilə danışacaq. Bu halda reklam olub-olmadığı necə sübut oluna bilər?
Məncə belə xırdalıqlara getməyə ehtiyac yoxdur. Bu sferanı biraz sərbəst buraxmaq lazımdır ki, insanlar pul qazanmağı öyrənə bilsinlər. Bu da pis bir şey deyil. İnsanlar öz intellektuallığı, danışığı, bacarığı ilə pul qazanırsa, lap yaxşıdır. Reklam gəlirlərindən də hansısa formada vergiyə cəlb etmə böyük vəsait olmasa da, sui-istifadə hallarına səbəb ola bilər".
Qeyd edək ki, bundan sonra blogerlərin paylaşımında hər hansı marka göründüyü halda "reklam" olduğunu bildirmək məcburi olacaq.
Əfsanə Kamal
Demokrat.az