“ Məleykə Abbaszadənin son açıqlamaları — xüsusilə sosial şəbəkələrdə fikir bildirən ekspertləri “qeyri-ciddi” hesab etməsi, onların qəbul ballarını sual altına alması, dövlət qulluqçusunun etik davranış kodeksinə uyğun olmayan və təəssüf doğuran nümunədir. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 14-cü maddəsində göstərilir ki, dövlət qulluqçusu “etik davranış normalarına riayət etməli, vətəndaşlarla ünsiyyətdə obyektiv və hörmətli olmalıdır”. Bəs bir vətəndaşın fikrini bildirməsi, imtahanların keyfiyyətsizliyinə, apellyasiya problemlərinə və sistematik səhvlərə diqqət çəkməsi bu meyarlara qarşı çıxmaqdırmı?”
Bunu Demokrat.az-a tanınmış təhsil eksperti Kamran Əsədov deyib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təhsil ekspertləri barədə səsləndirdiyi sərt fikirlərindən danışan Kamran Əsədov qeyd edib ki, DİM istənilən vətəndaş üçün şəffaf və məsuliyyətli xidmət göstərməlidir:
“Əgər bir şagird 150 balla qəbul olunursa, bu onun günahı deyil, müsabiqə şərtlərinin və plan yerlərinin sistem tərəfindən müəyyən olunmasının nəticəsidir. Məhz bu səbəbdən belə vətəndaşların — təhsil alanların, müəllimlərin, valideynlərin öz fikrini bildirməsi, sistemdəki boşluqlara işarə etməsi nə etik pozuntu, nə də hörmətsizlikdir. Əksinə, bu, vətəndaş cəmiyyətinin sağlam inkişaf əlamətidir.
Əgər DİM öz fəaliyyətini ədalətli və şəffaf sayırsa, onda ictimai rəy və tənqidlərə açıq olmalıdır. Mərkəzin 2025-ci ildə 2000-dən çox imtahan nəticəsinin yanlış yoxlanıldığını etiraf etməsi, apellyasiya prosesində şikayətçinin dinlənilməməsi, cavab hüququnun faktiki olaraq məhdudlaşdırılması, sistemdə struktur problemlərin olduğuna işarədir. Bunu təkcə texniki problem kimi təqdim etmək məsuliyyətdən yayınmaqdır. Bu səhvlər konkret şagirdin psixoloji durumuna, gələcəyinə, təhsil perspektivlərinə birbaşa zərbə vurur”.
Kamran Əsədov bildirib ki, təhsil ekspertlərini qəbul ballarına görə təhqir etmək, onların fikirlərini lağ obyektinə çevirmək nə akademik, nə də hüquqi baxımdan əsaslandırıla bilər:
“Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər bir vətəndaş fikir, söz və ifadə azadlığına malikdir. İctimai müzakirələrdə iştirak edən şəxsləri “ekspert deyilsiniz” deyə susdurmaq cəhdləri demokratiyaya, ifadə azadlığına və vətəndaş iştirakına ziddir. Əgər fikir yalnız Harvard məqaləsi ilə deyil, sadə "facebook" paylaşımı ilə də səsləndirilirsə, bu da həmin şəxsin konstitusion hüququdur.
Məleykə xanımın fikirləri “ekspert adını kim verir?” sualına gətirib çıxarır. Dövlətin təyin etdiyi və ya hər hansı qurumun qeydiyyata aldığı şəxs olmaqla ekspertlik qazanılmır. Ekspertlik təcrübə, tədqiqat, mövqeyə təsir, məlumatlılıq və ictimai etimadla qazanılır. Əgər bir şəxs həm müəllim kimi imtahan sistemini yaşamış, həm magistr, həm də doktorantura pilləsində DİM-in imtahanlarından keçmiş, elmi məqalələri, beynəlxalq çıxışları ilə cəmiyyətə təsir göstərirsə, bu şəxsi “ekspert deyil” adlandırmaq, sadəcə, şəxsi eqonun və tənqidə qarşı dözümsüzlüyün göstəricisidir.
Əgər Dövlət İmtahan Mərkəzi ictimai müzakirələrdən narahatdırsa, bu narahatlıq institutlaşmış şəffaflıq mexanizmləri ilə həll olunmalıdır. İllik hesabatlar, ictimai dinləmələr, apelyasiya qərarlarının əsaslandırılması, sual bazalarının açıq nümayişi kimi vasitələrlə etimad bərpa oluna bilər. Əks halda, tənqidçiləri “danışma, sən kimsən?” ritorikası ilə susdurmaq cəhdi yalnız etimadı daha da sarsıdacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az