“Türkiyə rəsmiləri Qərbi Azərbaycan kimi təşəbbüslərin bölgədə sülh prosesinə zərər vurduğunu və Birləşmiş Millətlər Təşkilatının tanıdığı dövlət sərhədlərinə uyğun olmayan fəaliyyətlərə ölkə ərazisində icazə verilməyəcəyini bəyan edib”.
Bunu Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, rəsmi Ankara bütün dövlətlərin beynəlxalq hüquqla tanınan sərhədlərinə hörmət edir və ərazi bütövlüyü prinsipinə sadiq qalır:
“Bu kimi fəaliyyətlər Ermənistan-Azərbaycan-Türkiyə üçlü barış prosesinə ciddi maneə yaradır. Ankara yaxın günlərdə bu məsələ ilə bağlı xüsusi toplantı da keçirib. Rəsmilər bildirir ki, əgər bölgədə barış təmin olunmazsa, Ukrayna müharibəsindən sonra Rusiyanın yenidən Cənubi Qafqaz siyasətinə qayıtmasının qarşısı alınmayacaq. Eyni zamanda, bu məsələ Türkiyənin terrorla mübarizə siyasəti ilə də müqayisə olunur. Necə ki, Avropa ölkələrində PKK-ya dəstək Türkiyə üçün qəbuledilməz hesab olunursa, Ankara da öz ərazisində başqa dövlətlərin suverenliyini sual altına alan təşəbbüslərə icazə verməyəcəyini vurğulayır. Ankara bölgədə davamlı sülhün yalnız üçtərəfli əməkdaşlıqla mümkün olduğunu hesab edir və bu istiqamətdə atılan hər bir addımın beynəlxalq hüquqa uyğun olmasının vacibliyini vurğulayır”.
Leyla Turan
Demokrat.az