YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

"Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir"

Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir

Müğənni Aysun İsmayılova pul məsələsində heç kimə etibar etmədiyini açıqlayıb.

Sənətçi "İki rəng" verilişində qonaq olarkən maddi vəsaitini başqasına etibar etməyəcəyini bildirib.

O, hətta evindəki seyfin kodunu ailə üzvlərinin də bilmədiyini vurğulayıb:

"Heç bir müğənniyə etibar edib pulumu vermərəm. Mən heç manatımı belə kiməsə əmanət etmərəm. Oğlaq bürcü pulunu sevən olur. Mənim pul seyfimin kodunu məndən başqa evdəkilər belə bilmir. Hərə 3-5 min götürüb nəsə alar, nəyimə lazımdır? Kiməsə deyim?". (Milli.Az)