Bakı və Sumqayıtda təhsilverənlərlə maarifləndirici görüşlər keçirilir — FOTOLAR

MƏDƏNİYYƏT 23 may 2025, 17:45
Bakı və Sumqayıtda attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir.

Demokrat.az xəbər verir k, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 22 may 2025-ci il tarixində Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və 23 may tarixində Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün attestasiya proqramının daha geniş izah edilməsi və sualların cavablandırılması məqsədilə növbəti görüş keçirilib.

Sözügedən görüşlərdə 600-ə yaxın müəllim iştirak edib və peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin musiqi nəzəriyyəsi ixtisası üzrə nəzəri və təcrübi biliklər, musiqi ədəbiyyatı, üzdən oxu və dinləmə materiallarına dair diqqət edilməli məqamlar müzakirə edilib, auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Bu cür maarifləndirici görüşlərin ölkənin digər regionlarında da davamlı olaraq təşkili nəzərdə tutulur.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top