Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə qatar reysləri təyin edildi

SOSİAL 23 oktyabr 2025, 12:38
Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.

Bu barədə Demokrat.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək mümkündür.

“Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar”, - məlumatda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 14:32
Top